"Vilyarreal" "Marsel"in qapıçısı Ruben Blanko ilə maraqlanır. 

Offsideplus.az xəbər verir ki, artıq klublar danışıqlara başlayıb. “Vilyarreal”ın baş məşqçisi Marselino Qarsiya Toral şəxsən Blankonun xidmətində maraqlıdır.

28 yaşlı qolkiper 2023-cü ilin yayında "Selta Viqo"dan Marselə keçmişdi. Onun müqaviləsi 2026-cı ilin iyununda başa çatır. Bu mövsüm ispaniyalı bütün turnirlərdə 5 oyun keçirib və 3 qol buraxıb.